Interposta.Info

Çin Səhiyyə Nazirliyi koronavirusun yayılmasının sona çatdığını açıqladı

Dünya
 23-08-2021, 12:11     389

Çin Səhiyyə Nazirliyi 22 avqustda ölkədə bir dənə də olsun koronavirusa yoluxma hadisəsinin qeydə alınmadığını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, bununla belə, məlumata görə, bazar günü ÇXR-də 21 yoluxmuş şəxs müəyyən edilib. Bütün bu insanlar xaricdən gələnlərdir. Bu o deməkdir ki, ölkənin özündə, 22 avqust iyul ayından etibarən sıfır insidentli ilk gün olub.

Xatırladaq ki, avqustun əvvəlində Çin hakimiyyəti vətəndaşların ölkə daxilində hərəkətini yenidən məhdudlaşdırıb. Bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün edilib.

Bundan əvvəl, Çinin 30-dan çox bölgəsinin Delta Hindistan variantının səbəb olduğu koronavirus infeksiyalarının kəskin yayılması səbəbindən sakinləri lazımsız səyahətlərdən çəkinməyə çağırdığı bildirilib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26