Interposta.Info

Qırğızıstanda koronavirusa yoluxan həkimlərin sayı 100-ü ötdü

Dünya
 16-04-2020, 10:31     360

Qırğızıstanda son sutkada 17 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış yoluxma hallarının sayı 466-ya çatıb.

Bildirilir ki, qeydə alınmış yeni yoluxmaların 5-i tibb işçilərində aşkarlanıb. Beləliklə, Mərkəzi Asiya ölkəsi Qırğız Respublikasında koronavirusa yoluxmuş həkimlərin sayı 104-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 083 000-i ötüb. Bunların 510 666 nəfəri sağalıb, 134 632 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26