Interposta.Info

Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü

Dünya
 30-04-2020, 10:19     400

Dünyada koronavirusdan sağalanların sayı 1 001 933 nəfərə çatıb.

Ən çox sağalma İspaniya (132 929), ABŞ (120 720) və Almaniyada (120 400) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 228 251-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 3 221 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26