Interposta.Info

Ərdoğandan 104 admiralın bəyanatına münasibət

Dünya
 5-04-2021, 22:37     395

"Bu gün keçirdiyimiz toplantıda iki gündür ölkəmizin gündəmini məşğul edən məsələni geniş şəkildə müzakirə etdik. Gecə yarısı atılan bu etiraz addımı tamamilə pis niyyətli hərəkətdir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istefada olan 104 admiralın birgə bəyanatına münasibət bildirərkən deyib.

"Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhddə də onların millətimizin yanında olduğunu görmədik", - o vurğulayıb.

Dövlər başçısı deyib ki, admiralların birgə bəyanat yayması ifadə azadlığı hüququndan istifadə hesab oluna bilməz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26