Interposta.Info

Ərdoğan:

Dünya
 27-01-2017, 22:59     610

Ərdoğan:

O gecə Çiprasa zəng etdim, 15-20 gün ərzində bu işi həll edəcəklərini bildirdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Yunanıstana qaçan çevrilişçilərlə bağlı bu ölkənin qərarına münasibətində bildirib.

"Yunanıstan 8 əsgəri hələ də bizə təhvil vermir. Mən hələ ilk gecə zəng etdim. Söz verdi ki, 15-20 gün ərzində bu məsələni həll edəcək. Bunlar Türkiyədə terror aktı törədiblər, burada mühakimə olunmaları lazımdır. Ekstradisiya prosesindəki yubanma onlara olan etimadın sarsılmasına səbəb olur", - Ərdoğan söyləyib.

Qeyd edək ki, Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş 8 hərbçi ilə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26