Interposta.Info

Ərdoğan dünya ikincisinə zəng etdi

Dünya
 3-02-2019, 20:36     10 360

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin fiziki məhdudiyyətli futbolçulardan ibarət yığma komandasının kapitanı, dünya ikincisi Osman Çaxmağa zəng edib.

Prezident futbolçuya anasının dəm qazından zəhərlənib vəfat etməsinə görə başsağlığı verib.

Osman Çaxmaq Türkiyə prezidentinə diqqət və qayğısından dolayı təşəkkür edib.

Qeyd edək ki, ötən gün Osman Çaxmağın anası dəm qazından boğularaq vəfat edib, atası isə reanimasiyaya yerləşdirilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26