Interposta.Info

2021-ci ilin əsas qlobal riskləri açıqlandı

Dünya
 5-01-2021, 10:13     319

Avrasiya Group konsaltinq şirkətinin analitikləri qarşıdan gələn 2021-ci ildə dünyanı təhdid edə biləcək ən ciddi risklərin reytinqini dərc edib.

Mütəxəssislərə görə, ən əhəmiyyətli qlobal risklərin ilk üçlüyünə qəribə bir şəkildə koronavirus pandemiyası deyil, ABŞ-dakı prezident seçkiləri ətrafındakı vəziyyət və Amerika cəmiyyətində mümkün parçalanma daxil olub.

"ABŞ-da prezident Co Baydenin seçilməsi ilə yaranan gərgin vəziyyət, "bölünmüş Amerika" effektinə səbəb ola bilər ki... bu da dünyadakı geosiyasi vəziyyətə təsir edəcək... Demokratik legitimlik üçün həddindən artıq qütbləşmənin nəticələri Birləşmiş Ştatların hüdudlarını aşır", - analitiklər hesab edirlər.
"Mənfi əhəmiyyət" baxımından ikinci yerdə koronavirus pandemiyası var.

"Virus təkcə insanların həyatını deyil, həm də siyasi sabitliyi və qlobal iqtisadiyyatı təhdid edəcək. Pandemiya yüksək borc yükü, iş yerlərinin itirilməsi və insanların inamı ilə nəticələnəcək", - onlar deyirlər.

Qlobal risklər siyahısında sonrakı yerlər iqlim dəyişikliyi, ABŞ ilə Çin arasında artan gərginlik və rəqəmsal məkandakı müharibələrdir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26