Interposta.Info

İlham Əliyev Bakı Qlobal Forumunda çıxış etdi (YENİLƏNİB/VİDEO)

Siyasət / Manşet
 4-11-2021, 11:55     531

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda çıxış edib.

"İnterPosta"nın xəbərinə görə, dövlət başçısı çıxışında pandemiya ilə bağlı görülən tədbirləri açıqlayıb.

10.12

Bakıda "COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

"İnterPosta" xəbər verir ki, VIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxış edəcək.

Qeyd edək ki, Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur.

09:12

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayacaq.

"İnterPosta" xəbər verir ki, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Panellər formasında təşkil olunan tədbir çərçivəsində "COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, "Yeni dünya iqtisadiyyatı”, "Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, "Səhiyyə və insanların peyvənd edilməsi”; "Qida və qida təhlükəsizliyinin təşviqi”; "Gənclər danışır, biz dinləyirik”; "Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26