Interposta.Info

ABŞ-da Rusiya təhdidi: Bayden fövqəladə vəziyyət elan etdi

Dünya
 16-04-2021, 09:27     425

Aprelin 15-də prezident Cozef Bayden ABŞ-ın milli təhlükəsizlik sahəsində fövqəladə vəziyyət rejimi elan olunması haqda sərəncam imzalayıb.

Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi Rusiyadan gələn təhdidlərə görə elan edilib.

Cozef Baydenin sərəncamında vurğulanıb ki, Rusiya hökumətinin ayrı-ayrı zərərli fəaliyyətləri nəticəsində ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı qeyri-adi və fövqəladə təhdid qarşısında qalıb.

Artıq Ağ ev prezidentin sərəncamı haqda Konqresi də məlumatlandırıb. Ağ evdən Konqresə göndərilən məktubda bildirilib ki, Rusiya ABŞ-da azad və demokratik seçkiləri pozmağa çalışıb, kibersahəyə məqsədli şəkildə müdaxilələr edib, başqa ölkələrdə jurnalistləri və yadfikirli insanları təqiblərə məruz qoyub, beynəlxalq hüququ tapdayıb.

Fövqəladə vəziyyətlə bərabər ABŞ prezidentinin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26