Interposta.Info

Çarəsi tükənən ermənilər Brüsseldə yolları bağladı, iğtişaş törətdi

Dünya
 7-10-2020, 17:20     445

Brüssel polisi Avropa İttifaqının Dağlıq Qarabağdakı münaqişə tərəflərinə qarşı apardığı siyasətlə razılaşmadığını nümayiş etdirmək adıyla küçələrə çıxan nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.


"İnterPosta" xəbər verir ki, "etirazçılar” Avrokvartalda yolun qarşısını kəsib və nəticədə onlarla su püskürdən polis maşını hadisə yerinə gəlib. İştirakçılar yolları açmaqdan imtina etdiklərinə görə hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.


Qeyd edək ki, bir müddət əvvəl AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell bölgədə münaqişə tərəflərinin əhalisini qızışdırmaq və xarici dəstək cəlb etmək məqsədi ilə çox sayda saxta məlumat yayıldığını bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26