Interposta.Info

Fransadan Türkiyəyə sanksiya təhdidi

Dünya
 7-09-2020, 11:57     764

Şərqi Aralıq dənizi gərginliyində Yunanıstanı dəstəkləyən Fransadan Türkiyə ilə bağlı yeni açıqlama verilib.

"İnterPosta" MediaPost-a istinadən xəbər verir ki, ölkənin Xarici İşlər naziri Cen Yiv Le Drayn Avropa Şurası iclasında Türkiyəyə sanksiya tətbiq edilməsi ilə bağlı məsələnin müzakirə ediləcəyini bildirib. O, açıqlamasında "Ərdoğan əlimizdə bir neçə seçimin olduğunu bilir”, deyə qeyd edib.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Yüksək Nümayəndəsi Jozef Borrell də Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə biləcəyini, lakin Fransının digər Aİ ölkələrinin bu mövzuya müsbət yanaşmasını təmin edə bilmədiyini söyləyib.

Qeyd edək ki, Fransanın donanmadakı ən güclü silahı olan "Charles de Gaulle” Şərqi Aralıq dənizinə doğru yola çıxıb. Gəmidə çox sayda silah-sursat olduğu iddia edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26