Interposta.Info

ABŞ-dan Türkiyəyə Menbic təhdidi

Dünya
 5-03-2017, 07:24     495

ABŞ-dan Türkiyəyə Menbic təhdidi
Menbic ətrafında təxribat xarakterli addımların qarşısını almaq üçün qüvvələrimizin sayını artırmışıq.

Axar.az xəbər verir ki, bu sözləri İŞİD-ə qarşı koalisiyanın sözçüsü Con Dorrian deyib.

O, həmçinin bu tədbirlərin YPG-nin varlığının qarşısının alınması üçün də həyata keçirildiyini bildirib.

Xatırladaq ki, Türkiyə Müdafiə naziri Fikri İşıq, “Türkiyə ordusunun qarşısında duran əsas hədəf Menbicin PYD silahlılarından təmizlənməsidir”, - demişdi. Həmçinin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Menbicin PYD-dən alınacağını, heç bir güzəştə yol verməyəcəklərini bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26