Interposta.Info

Türkiyə və ABŞ ordusu üz-üzə: gərginlik artır -

Dünya
 3-03-2017, 15:35     959

Türkiyə və ABŞ ordusu üz-üzə: gərginlik artır -

"Türkiyə ordusunun qarşısında duran hədəf Suriyanın Menbiç bölgəsinin PYD silahlılarından təmizlənməsidir. ABŞ və digər koalisiya ölkələrinin PYD-nin Menbiçi tərk edəcəyi ilə bağlı verdikləri sözü tutacaqlarına ümid edirik".

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşıq jurnalistlərə açıqlamasında deyib.

"Biz istəyirik ki, PYD\YPG silahlıları Fərrat çayının qərbinə keçsinlər. Bu ABŞ-ın Türkiyəyə verdiyi sözdür. Hazırda Menbiç şəhəri ətrafında hərəkətlilik müşahidə olunur".

Müdafiə nazirinin sözlərinə görə, İŞİD silahlıları tutduqları bəzi əraziləri Suriya hökümətinə təhvil verib. «Hazırda isə PYD/YPG silahlılarının bəzi əraziləri Əsəd rejimi üçün tərk etdikləri müşahidə olunur. Belə hallar bizim PYD/YPG, İŞİD və rejim güclərinin birlikdə hərəkət etdiyi barədə irəli sürdüyümüz iddiaları təsdiqləyir».
Türkiyə və ABŞ ordusu üz-üzə: gərginlik artır -

Türkiyənin müdafiə naziri Fikri İşıq

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiçin kürd silahlılardan alınacağını qeyd etmişdi. Çavuşoğlu Menbiçlə bağlı heç bir güzəştin edilməyəcəyini vurğulamışdı. Qeyd edək ki, Türkiyə Suriyanın Cerablus, Əl-Bab və bir neçə şəhərini İŞİD-silahlılarından təmizləyib.

Türkiyənin Menbiç şəhərini hədəf almasının isə xüsusi səbəbləri var. ABŞ-ın sabiq prezidenti Barak Obama PYD/YPG silahlıları Menbiçi İŞİD-dən azad etdiyi vaxt Türkiyəyə «Silahlılar İŞİD-i ərazidən təmizlədikdən sonra şəhəri tərk edəcəklər» deyə söz vermişdi.
Türkiyə və ABŞ ordusu üz-üzə: gərginlik artır -

PYD-nın nəzarət etdiyi Menbiç şəhəri

Bu səbəbdən Türkiyə kürd silahlıların həmin regionda varlığını qəbul etmişdi. Amma üzərindən bir ilə yaxın vaxt keçsə də, terror təşkilatı Menbiç şəhərini tərk etməyiblər. Hətta onlar şəhərdə yerli əhalini idarəçilikdən uzaqlaşdırıb və özləri hər şeyə nəzarət etməyə başlayıblar.

Bütün bunlar Türkiyəni narahat etməyə bilməz. Çünki ABŞ-ın regiondakı maraqları Türkiyəyə çoxdan bəllidir. Rəsmi Vaşinqton kürd silahlıları İŞİD-ə qarşı döyüşmək adın altında silahlandırır. Hətta bəzi ərazilərdə PYD "bayrağı" ilə bərabər ABŞ bayrağı da dalğalanır.
Türkiyə və ABŞ ordusu üz-üzə: gərginlik artır -


ABŞ və PYD bayrağı bir arada

PYD İŞİD-dən azad etdiyi ərazilərdə öz «hakimiyyətini» qurmağa başlayıb. Türkiyə isə sərhədlərində güclənən bir terror təşkilatını istəmədiyini açıq şəkildə bayan edib. Amma ABŞ Türkiyənin bu narahatlığını önəmsəməyərək, PYD-yə köməklik göstərməyə davam edir. Rəsmi Ankara kürd silahlıların Menbiç şəhərini azad edəcəyi ilə bağlı fikirlərində iddialı görünür.

Belə olan halda NATO və bir çox hərbi-siyasi təşkilatlarda uzun illərdir müttəfiq kimi görünən iki ölkə üz-üzə dayanmış olur. Çünki ABŞ YPG-nın nazarət etdiyi ərazilərə bayrağ taxmaqla bərabər öz əsgərlərini də göndərib. Bununla ABŞ Türkiyəyə "PYD-yə atılan güllə mənə atılmış olar" mesajını verir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26