Interposta.Info

Kiyev yenidən qarışdı - Ali Radanın qarşısında 4 min polis yeridildi, 1-i yaralandı

Dünya
 16-01-2018, 19:58     10 514

Ukrayna paytaxtı Kiyevdə Ali Radanın yaxınlığında etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.

BakuPost xəbər verir ki, etirazçılar beş avtomobil şini yandırıb, xilasedicilər onları söndürməyə çalışıblar. Həmçinin etirazçılar gözyaşardıcı qazdan istifadə edib və hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində çay daşı atıblar.

İnsident nəticəsində bir polis yaralanıb.

Ümumiyyətlə, Kiyevin mərkəzinə, təqribən, 4 min hüquq-mühafizə orqanı əməkdaşı cəmlənib, hökumət kvartalının mühafizəsi gücləndirilib.

Xatırladaq ki, bu gün səhər saatlarından Ukrayna Ali Radasının binası yaxınlığında Venesiya Komissiyasının iradları əsasında Donbassın reinteqrasiyası haqqında qanunu, Antikorrupsiya Məhkəməsi haqqında qanunu qəbul etmək tələbi ilə mitinq keçirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26