Interposta.Info

G20 liderləri sammitinin keçiriləcəyi tarix və format məlum olub

Dünya
 28-09-2020, 10:18     424

"Böyük iyirmilik" (G20) ölkələri liderlərinin sammiti Səudiyyə Ərəbistanının sədrliyi ilə 21-22 noyabrda onlayn formatda keçiriləcək.

Bu barədə “Report” G20-nin rəsmi saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.

Qeyd edilir ki, sammit Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səudun sədrliyi ilə keçiriləcək. Məlumata görə, görüş koronavirus pandemiyası fonunda insanların həyatının müdafiəsinə, həmçinin iqtisadi artımın bərpasına və pandemiya zamanı aşkar edilmiş zəifliklərlə mübarizəyə həsr ediləcək.

Bundan əlavə, təşkilatda qeyd edilib ki, dərmanların, peyvəndlərin əldə olunmasına, paylanmasına və diaqnostikanın istehsalına dəstək üçün 21 milyard ABŞ dolları ayrılıb. G20 zəif inkişaf etmiş ölkələr üçün borc ödənişlərini dayandırmaq üçün proqrama başlayıb və dünya iqtisadiyyatının qorunmasına 11 trilyon ABŞ dolları sərmayə qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26