Interposta.Info

Bu ölkənin prezidenti istefa verdi

Dünya
 19-08-2020, 09:43     779

Mali Respublikasının prezidenti İbrahim Bubakar Keyta istefa etdiyini açıqlayıb.

"İnterPosta" Azərtac-a istinadən xəbər verir ki, bu barədə prezident Keyta Mali televiziyasındakı çıxışında bildirib.

"Uzun illərdəki dəstəyinə və isti duyğularına görə Mali xalqına təşəkkür etmək və bu andan etibarən istefa qərarım haqqında məlumat vermək istəyirəm. Bütün qanuni nəticələrlə Milli Assambleya (bir palatalı parlament) və hökumət buraxılır", - B.Keyta deyib. Onun sözlərinə görə, o hakimiyyətdə saxlamnılması üçün "qan tökülməsini" istəmir.

Xatırladaq ki, Bubakar Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26