Interposta.Info

Gürcüstan Parlamentinin sədri istefa verməyəcəyini açıqlayıb

Dünya
 20-06-2019, 23:19     10 358

Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidze istefa verməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə parlament sədri Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib. O, məsələnin ciddi olmadığını qeyd edib.

Qeyd edək ki, hazırda Gürcüstan Parlamentinin qarşısında keçirilən mitinqdə parlament sədri İ.Kobaxidzenin, daxili işlər naziri Giorgi Qaxariyanın və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası tələb olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26