Interposta.Info

Qırğızıstan parlamentinin sədri istefa verdi

Dünya
 25-10-2017, 12:14     9 436

Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov oktyabrın 25-də keçirilən iclasın gedişatı zamanı vəzifəsindən istefa verdiyini elan edib.

Bu barədə interposta.info “Veçerniy Bişkek” agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, siyasətdən və parlamentdən getmir.

Tursunbekov siyasi hərarəti aşağı salmaq istədiyinə görə istefa verdiyini dilə gətirib.

“Mənim bütün fəaliyyətim qanunvericilik prinsiplərinə əsaslanıb. Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm”, - deyə Ç.Tursunbekov bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26