Interposta.Info

Tiflisdə etirazlar: Nazir əraziyə gəldi və əmr verdi

Dünya
 20-06-2019, 23:25     10 369

Gürcüstan parlamentinin binasının qarşısında Parlamentlərarası Pravoslavlıq Assambleyasına qarşı keçirilən aksiyada Rusiya Prezidenti Vladimir Putinin fotosu yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Etirazçılar təcili olaraq assambleyada iştirak edən rus deputat Sergey Qavrilovun ölkəni tərk etməsi gərəkdiyini bildiriblər.

Parlamentdə baş verən skandala boz kardinal Bidzina İvanişvili də reaksiya verib. O, vətəndaşların etirazlarını anladığını və onları dəstəklədiyini bildirib. İvanişvili rus deputatın parlamentdə spikerin yerində oturmasının qəbuledilməz olduğunu deyib. O, parlamentin sədri ilə bu məsələni müzakirə etdiyini, sərt mövqe ortaya qoyduğunu və ondan iclasın dərhal dayandırılmasını tələb etdiyini vurğulayıb.

***

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.

Report xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin Daxili İşlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tiflis ilə yanaşı, Telavi və Qoridə də keçirilib.

***

Tiflisdə parlament binası qarşısında davam edən etiraz aksiyasında nöbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.

Məlumata görə, aksiyada aparıcı müxalifət partiyalarının nümayəndələri və vətəndaşlar iştirak edirlər.

Bu arada Gürcüstan parlamentinin həyətinə cəlb olunmuş polis qüvvələrinin sayı artırılıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatlar bildiriblər ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı Baş Assambleyasında baş verən hadisələrə görə parlament sədri İrakli Kobaxidze məsuliyyəti üzərinə götürməlidir. Əks halda, partiyanın parlament fraksiyası spikerin istefası proseduruna başlayacaq.

***

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

Nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

“Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.

Qeyd edək ki, aksiya iştirakçıları parlamentin binasına daxil olmağa çalışırlar.

İnterPosta.info

Tiflisdə etirazlar: Nazir əraziyə gəldi və əmr verdiTiflisdə etirazlar: Nazir əraziyə gəldi və əmr verdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26