Interposta.Info

Ukrayna Saakaşvilini Tiflisə satmağa hazırlaşır- İddia

Siyasət
 15-06-2017, 21:22     685

Ukrayna hökuməti Gürcü Arzusu Partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili ilə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş prokurorunun keçmiş müavini David Sakvarelidze ZİK kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Kiyevlə İvanişvili arasındakı danışıqlarda əsas məsələ Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ekstradisiyasıdır:

“Onlar bizə yaxın olan bütün kanallar vasitəsilə Mixailin öz müxalif fəaliyyətini dayandırmayacağı təqdirdə onu ekstradisiya edəcəkləri barədə şayiələr yayırlar. Onlar Gürcüstan hakimiyyəti, konkret olaraq isə Rusiya oliqarxı Bidzina İvanişvili ilə danışıqlar aparırlar. İvanişvili ilə danışıqları şəxsən Ukrayna Prezidenti Pyotr Poroşenko aparır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26