Interposta.Info

Belarus həbsxanası ağzınacan doldu: saxlanılanları gecə yarısı küçəyə atdılar

Dünya
 13-08-2020, 10:24     910

İnsanlar gecə Minsk vilayətinin Jodino şəhərindəki həbsxanadan azad ediliblər.

Qaynarinfo xəbər verir ki, Nexta Telegram kanalının müəllifləri təcridxanada həddindən artıq insanın olduğunu bildiriblər. Gecə yarısı Minsk küçələrində mitinqlərdə saxlanılan adamlar görünməyə başlayıb.

"Nexta"nın müxbiri Minsk sakinlərinə müraciət edərək, mümkünsə, gəlib həmin adamların paytaxtdakı evlərinə aparılmasını xahiş edib.

Bundan əvvəl, Minsk təcridxanasına baş çəkən Znak.com-un jurnalisti Nikita Telijenko Belarus təhlükəsizlik qüvvələrinin saxlanılan etirazçılara qarşı həddən artıq qəddarlıq etdiyindən danışıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26