Interposta.Info

Belarus Prezidenti: "Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb"

Siyasət
 14-12-2018, 17:24     10 456

"Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Minsk şəhərində Rusiya jurnalistlərilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bu onilliklər ərzində Dağlıq Qarabağ üzrə Minsk qrupu əlini ağdan qaraya vurmayıb və iki prezident (Ermənistanla Azərbaycan prezidentləri – red.) oturub “gəlin məsələni insanların mənafeyi xətrinə həll edək” deməyincə də, bu olmayacaq”, - dövlət başçısı qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26