Interposta.Info

Saakaşvili Zelenskinin Ukraynada inqilaba hazırlaşdığını elan etdi

Dünya
 1-07-2020, 09:59     1 425

Prezident Vladimir Zelenski iqtisadi cinayətlərdə iştirak edən bütün hüquq-mühafizə orqanlarını əvəz edəcək vahid maliyyə istintaq orqanı yaratmağı planlaşdırır.

Bu haqda Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixayıl Saakaşvili deyib. Bundan əlavə, Zelenski qanunsuzluğa son qoymaq üçün məhkəmə sistemində köklü islahat aparmağa da hazırdır.

Saakaşvili özü izah edib ki, Ukraynanın iqtisadi tərəqqisinin əsas düşməni hüquq-mühafizə sistemi, o cümlədən SBU, Baş Prokurorluq və Vergi Polisidir.

"Buna görə də prezident tək bir orqan yaratmaq barədə qəti bir qərar verdi – bu, maliyyə araşdırmalarının kiçik bir orqanı olmalıdır. Bütün qalanları yığışdırılmalı və biznesə davamlı vergi terroru olmadan işini normal inkişaf etdirməsinə imkan yaratmaq. Məqsəd budur", - Saakaşvili deyib.

Şura sədri bildirib ki, məhkəmə islahatları referendum yolu ilə həyata keçirilə bilər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26