Interposta.Info

Saakaşvili açıqladı: Prezidentliklə bağlı ambisiyalarım...

Dünya
 12-12-2017, 07:22     10 388

Mənim prezidentlik postu ilə bağlı ambisiyalarım yoxdur.

Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili məhkəmə qərarından sonra jurnalistlərə açıqlamasında deyib.

Saakaşvili əlavə edib ki, sistem dəyişikliyinə nail olmaq üçün Ukrayna hakimiyyətinə qarşı mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, Kiyevin Peçer rayon Məhkəməsi Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib.

Hakim Larisa Çokol Saakaşvilini məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26