Interposta.Info

Saakaşvilinin şok görüntüləri yayıldı -

Dünya
 12-12-2017, 22:18     10 401

Ukraynalı blogger Miroslav Oleşko Mixail Saakaşvilinin şok görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, dünən Kiyevin Peçer rayonunda keçirilən məhkəmə prosesi zamanı lentə alınan videoda Saakaşvilinin anlaqsız vəziyyətdə hərəkətlər etdiyi aydın görünür. Belə ki, eks-prezident anidən gözləri bərəlmiş halda ətrafa baxır, qəribə davranışlar edir.

Blogger iddia edib ki, Saakaşvili ilk dəfə deyil ki, kamera arxasında buna bənzər hərəkətlər edir. Oleşko onun narkotik vasitələrin təsiri altında olduğunu da əlavə edib.

Amma Saakaşvilinin təxridxanada saxlanıldığı zaman "narkotiki" necə qəbul etdiyinə aydınlıq gətirilməyib. Üstəlik, o, dekabrın 8-dən - polis tərəfindən saxlanıldığı vaxtdan aclıq elan etmişdi.

Qeyd edək ki, dünən Kiyevin Peçer rayon Məhkəməsi Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib.

Hakim Larisa Çokol Saakaşvilini məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26