Interposta.Info

Saakaşvilinin vətəndaşlıqdan çıxarılmasının səbəbi

Dünya
 27-07-2017, 07:37     10 390

Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.

Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarından kənarda istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26