Interposta.Info

Saakaşvilinin arxasında bu dövlət dayanır – Gürcü siyasətçi

Siyasət
 11-09-2017, 10:57     10 667

Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin qanunsuz olaraq Ukraynaya girməsinin arxasında ABŞ dayanır.

Bunu Gürcüstan Demokratik Hərəkat Partiyasının üzvü Georgi Axlevdiani deyib.

“Mən Polşa sərhədinə baş verənləri Qərb tərəfindən idarə olunan maskarad adlandırardım. Saakaşvili bunu təkbaşına edəcək qədər cəsur deyil. Onun arxasında konkret layihə dayanır. Fikrimcə bu, ABŞ layihəsidir”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, amerikalıların Saakaşvili ilə həyata keçirdiyi planı onun Ukraynaya qayıdıb öz vətəndaşlığı uğrunda mübarizə aparmasından sonra məlum olacaq./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26