Interposta.Info

Saakaşvili Maltada pis duruma düşdü -

Dünya
 31-03-2017, 10:17     472

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maltada keçirilən Avropa Xalq Partiyasının konqresində naqolay vəziyyətə düşüb.

Axar.az “Obozrevatel”ə istinadən xəbər verir ki, konqres zamanı Saakaşvili öz yeri əvəzinə Hollandiyanın Xristian Demokratik Çağırış Partiyasının sədri Sibranda van Xaersmi Bumanın yerində əyləşib. Ukrayna mətbuatı Saakaşvilinin bununla Prezident Pyotr Poroşenkoya yaxın olmaq istədiyini bildirib.

Digər bir utancverici məqam isə Saakaşvilinin tədbirə Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyətinin tərkibində qatılması olub. Onun bu addımı Radikal Partiyasının sədri Oleq Lyaşkonun kəskin tənqidinə səbəb olub:

“Avropa Xalq Partiyasının konqresində Saakaşvili Gürcüstan nümayəndəsi kimi qeydiyyatdan keçib. Yalançı! Gürcülərdən dovşan kimi qaçır ki, qətllərə və korrupsiyaya görə onu həbs etməsinlər. Ukraynalılara isə Ukraynaya məhəbbəti haqqında yalanlarını söyləyir”.

Qeyd edək ki, Saakaşvili Gürcüstan prezidenti və Odessa qubernatoru olduğu dönəmdə korrupsiya, məmur özbaşnalığı və rüşvətxorluğa qarşı ən kəskin mübarizəsi ilə seçilib. Odessa qubernatorluğundan istefa verən və Poroşenkonu tənqid edən Mixail Saakaşvili Ukraynada partiya yaradaraq, siyasi mübarizəyə qoşulub. Onun lideri olduğu Gürcüstan Vahid Milli Hərəkat partiyası isə bu ölkədə ana müxalifətdir.

interposta.info
Saakaşvili Maltada pis duruma düşdü -
Saakaşvili Maltada pis duruma düşdü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26