İran Səhiyyə Nazirliyinin sözçüsü bu ifadəsinə görə işdən çıxarıldı

İranda koronavirus pandemiyası dövründə Çini sərt sözlərlə tənqid etmiş İran Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpur vəzifəsindən uzaqlaşdırılıb.
Qaynarinfo xaici mətbuata istinadən xəbər verir ki, səhiyyə naziri Səid Nəməki tərəfindən vəzifəsindən azad edilən Cahanpurun yerinə Sima Sadat Lari gətirilib.
Nazir təyinat məktubunda yeni sözçüyə xəbərdarlıq edib: "Sözçü tərəfindən dilə gətirilən hər məsələ nazirliyin rəsmi mövqeyi olaraq qəbul edildiyindən mətbuatda və sosial şəbəkədə hər hansısa bir açıqlama verilmədən öncə mənimlə lazımi məsləhətləşmə aparılmalıdır".
Qeyd edək ki, Cahanpur apreldə pandemiyanın İranı təsiri altına aldığı bir vaxtda keçirdiyi mətbuata konfransında Çinin açıqladığı rəqəmləri "acı bir zarafat" adlandırmış və Pekin administrasiyasını yanlış məlumat verərək, dünyanı aldatmaqda ittiham etmişdi. Sözügedən açıqlama isə həm ölkə daxilindəki bəzi qüvvələr, həm də Pekin administrasiyası tərəfindən sərt şəkildə tənqid edilmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26