Interposta.Info

"İranda hər 10 dəqiqədə 1 nəfər koronavirusdan ölür" - Cahanpur

Dünya
 19-03-2020, 12:06     557

"İranda hər 10 dəqiqədə bir nəfər koronavirus səbəbindən həyatını itirir. Bir saatda isə təxminən 50 nəfər epidemiyaya yoluxur".

Bunu rəsmi tvitter hesabında İran Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpur yazıb. O, Novruz tətilində vətəndaşlara səyahətə çıxmamalarını və ziyarətlərə getməmələrini tövsiyə edib.

Qeyd edək ki, ötən gün İranda virus səbəbindən ölənlərin sayı 1135 nəfərə çatıb. Epidemiyaya yoluxanların sayı isə 17 min 361 nəfərdir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26