Interposta.Info

Dünyada koronavirusa yoluxanların son statistikası

Dünya
 24-04-2020, 09:45     383

Dünyada koronavirusdan ölənlərin sayı 190 197 nəfərə çatıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hazırda dünyada 2 712 258 nəfər COVID-19 xəstəsidir.

Qeyd edilir ki, koronavirusdan ən çox insan ABŞ-da vəfat edib. Birləşmiş Ştatlarda 49 736 nəfər COVD-19-dan dünyasını dəyişib. İtaliyanın insan itkisi 25 549 nəfərdir. İspaniyada epidemiya qurbanlarının sayı 22 157 nəfər, Fransada 21 856 nəfər, Britaniyada 18 738, Belçikada 6 490, İranda 5 481, Almaniyada 5 404 nəfər, Çində isə 4 632 nəfərdir.

Bununla yanaşı, Niderlandda 4 177, Braziliyada 3 313, Türkiyədə 2 491, Kanadada 2 143, İsveçdə 2 021, İsveçrə 1 549 nəfər epidemiyanın qurbanı olub.

COVID-19 həm də dünya ölkələrinə külli miqdarda zərər vurub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26