Interposta.Info

Tokio prokuroru jurnalistlə qumar oynadığına görə istefaya gedib

Dünya
 21-05-2020, 08:44     596

Tokio Prokurorluğunun rəhbəri Xiromu Kurokava koronavirus pandemiyasına görə ölkədəki ümummilli fövqəladə vəziyyət rejimi dövründə pullu oyunlar fonunda yaranmış qalmaqal səbəbindən istefa vermək barədə qərar qəbul edib.

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Kurokava mayın 1-də və 13-də Tokioda "Sankei" qəzeti jurnalistinin mənzilinə gedib və onlar pulla majonq oynayıb. Oyunda həmçinin "Asahi" qəzetinin müxbiri də iştirak edib. Prokuroru evə hər dəfə icarəyə götürülmüş avtomobil aparıb.

Qeyd edilir ki, bu barədə informasiyanı "Shukan Bunshun" həftəlik nəşri dərc edib. Nəticədə Tokio prokurorunun davranışı ictimaiyyət və müxalifət partiyaları tərəfindən kəskin tənqidə məruz qalıb. Məlumata görə, xüsusi narazılıq doğuran fakt 63 yaşlı Kurokavanın Yaponiyanın baş naziri Sindzo Abe ilə yaxın əlaqələrə malik olmasından ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26