Interposta.Info

Yaponiyanın müdafiə naziri istefa verdi

Dünya
 28-07-2017, 10:27     10 559

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

interposta.info
Report.az-a istinadən verdiyi məlumatına görə, bu barədə Tomomi İnada özü mətbuat konfransında bildirib.

Onun istefa verməsinə səbəb isə Cənubi Sudandakı Yaponiya sülhməramlıları ilə bağlı yayılmış sənədlər olub.

"Bununla əlaqədar mən məsuliyyət daşıyıram və bu səbəbdən də istefa verirəm. Ərizəmi bu gün baş nazir Sindzo Abeyə təqdim etmişəm. Ərizəm qəbul olunub", - deyə o əlavə edib.

Ötən ilin payızında müxalifət Cənubi Sudandakı yaponiyalı sülhməramlılarının açıqlanmasını tələb etmişdi. Nazirlik isə həmin gündəliklərin hərbi qarşıdurma zamanı məhv olduğunu açıqlasa da, sonradan sənədlər başqa bölmədən çıxmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26