Interposta.Info

Yaponiya:

Dünya
 28-06-2017, 10:49     577

Yaponiyanın müdafiə nazirinin seçkilərə bir neçə gün qalmış siyasi fikirlər söyləməsi ölkədə qalmaqal yaradıb. Bu, baş nazir Şinzo Abenin hökumətini çətin vəziyyətə qoyub.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, müdafiə naziri Tomomi İnada hazırda iqtidarda olan Liberal Demokrat Partiyasının namizədlərinə seçkilərdə səs verməyə çağırıb. O, qeyd edib ki, bu, Müdafiə nazirliyi, müdafiə qüvvələri, müdafiə naziri və LDP-nin çağırışıdır.

Qanuna görə, müdafiə qüvvələri Yaponyanın ordusu hesab edilir və neytral olmalıdır.

Bazar günü Tokio şəhər bələdiyyəsinin assambleyasına seçki keçiriləcək. İyulun 2-də keçiriləcək seçkilər görünüşdə Tokio valisi Yuriko Koikenin vəzifəsində birinci ilini başa vurması ilə əlaqədar keçirilən referendumdur. Lakin eyni zamanda bu, seçicilərə

Abe hökumətinə olan münasibətini bildirmək imkanı qazandırır.

Hazırda Koikonun yeni qurduğu “Tokio sakinləri” partiyası və onun müttəfiqləri assambleyada 127 yerin əksəriyyətini qazanmaq niyyətindədir. LDP isə ölkənin ən böyük partiyası olmaq statusunu qorumağı hədəfləyir.

Lakin baş nazir Abenin nüfuzu ölkədə düşmüş vəziyyətdə görünür. Son anket sorğularının nəticələrinə görə xalqın baş nazirə olan etimadı azalıb. Bunun bir səbəbi Abenin dostuna xüsusi iqtisadi zonada baytarlıq məktəbini açması üçün kömək etməsi haqqında gedən xəbərlərdir. Digər səbəb isə iqtidar blokunun parlamentdə mübahisəli qanun layihəsini müzakirəyə çıxarması və sessiya qurtarmamış debatlara son verməsi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26