Interposta.Info

Nazir korrupsiya qalmaqalına görə istefa verdi

Dünya
 14-10-2019, 16:01     10 392

Cənubi Koreyanın Ədliyyə naziri Ço Kuk korrupsiya qalmaqalına görə istefa verib.

Qaynarinfo xəbər verir ki, Koreya Respublikasının Prokurorluğu sentyabr ayında Ç.Kukun həyat yoldaşına qarşı təhqiqat işinə başlayıb. Rəsmilər Kuk ailəsinin şəxsi investisiyalarının mənbəyini araşdırır.

Qeyd edək ki, Ç.Kuk nazir vəzifəsində 9 sentyabrda təyin edilmişdi. Onun təyinatı paytaxt Seul da daxil olmaqla ölkə ərazisində etirazlarla qarşılanmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26