Interposta.Info

ABŞ qrin-kartların verilməsini dayandırır

Dünya
 22-04-2020, 16:59     357

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara immiqrasiyanı müvəqqəti dayandırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı verlən sərəncam təkcə müvəqqəti işçiləri deyil, daimi yaşayış əldə etmək istəyənlərə də şamil olunacaq.

Xəbərdə xarici vətəndaşlara ABŞ-da yaşamaq və çalışmaq imkanı verən qrin-kartların 60 gün ərzində verilə bilməyəcəyi göstərilib. Buna səbəb olaraq “koronavirusla bağlı yaranacaq iqtisadi böhran şərtlərində iş yerlərindəki ədalətsiz rəqabətin önünün kəsilməsi” göstərilib.

“Mühacirəti dayandıraraq, biz sərhədlər yenidən açıldıqda amerikalılara iş növbəsində birinci sırada dayanmaq imkanı bəxş edirik,”-deyə prezident bildirib. Onun sözlərinə görə, pandemiyadan itirən amerikalıların sonradan immiqrantlarla əvəzlənməsi ədalətsizlik olardı.

Prezident administrasiyasından verilən məlumatda sərəncamın həm də qrin-kart sahiblərinin yaxınlarına da aid olunacağı bildirilib. Lakin öz yaxınlarını xaricdən gətirmək istəyən amerikalılara bu qayda istisna tutulacaq. 2019-cu ildə Birləşmiş Ştatlar təxminən milyondan çox xarici vətəndaşa qrin-kart paylayıb. Onların yarısı ABŞ vətəndaşlarının özlərinin yaxın qohumlarıdır.

Bundan başqa, sərəncamda qrin-kartla gəlməyən, lakin qanuni əsasla çalışan xarici vətəndaşlar da bu sərəncamın xaricində qalacaqlar. Buraya Birləşmiş Ştatlarda işləyən fermerlər, səhiyyə işçiləri və kompüter proqramçıları daxildir. Miqrasiya siyasəti institutunun hesablamalarına görə, sənəd ik ay ərzində təxminən 110 min insanın ABŞ-a gəlməsinə mane olacaq. Bu müddət içində hakimiyyət ölkədəki iqtisadi situasiyanı dəyərləndirərək, yeni qərar qəbul etməyi planlaşdırır.

Xatırladaq ki, ötən ilin payızında ABŞ prezidenti tibbi sığorta və başqa məsrəfləri qarşılamayan mühacirlərin gəlməsini yasaqlayan sərəncam imzalamışdı. Ölkəyə gələn xarici vətəndaşlar 30 gün ərzində tibbi sığorta və yaşamaq üçün ödəmə qabliyyətli olduğunu sübut etməli idi.

Bu ilin yanvarında isə ABŞ-da “doğum turizm”inə də qadağa gətirən qanun qüvvəyə minib. Buna görə ABŞ-da uşaq doğuraraq onlara avtomatik Birləşmiş Ştatların vətəndaşlını qazandıran əcnəbi şəxslərə turistik viza verilməsi dayandırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26