Interposta.Info

Rusiya

Gündəm
 18-01-2017, 15:48     689

Rusiya
Rusiya Gümrüdəki 102-ci hərbi bazasında Nebo-M radiolokasiya kompleksləri yerləşdirib.

Axar.az xəbər verir ki, bu haqda məlumat Yevgeniya Damantsevanın “Topvar.ru” saytındakı məqaləsində yer alıb.

“Buradakı Nebo-M Azərbaycanın İsraildən əldə etdiyi EL/M-2084 Qrin Payn stansiyasına güclü cavab olacaq. Bu kompleks həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstanla hava məkanında böyük ərazini nəzarətdə saxlaya bilər. NATO və İsrail aviasiyasının Yaxın Şərqdə istənilən qanunsuz fəaliyyəti dərhal qeydə alınacaq”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan EL/M-2084 Qrin Payn stansiyasının əldə edilməsi ilə bağlı İsraillə 2011-ci ildə müqavilə imzalayıb. Bu sistem Azərbaycanla yanaşı İsrail, Hindistan və Cənubi Koreyada da istifadə edilir. Qrin Payn 500 kilometr məsafədəki bütün hədəfləri müəyyən etmək gücündədir. Nebo-M-də isə hədəflər 600 kilometr məsafədən müəyyən olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26