ABŞ

ABŞ müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp qərar verib. Məlumata əsasən, Suriyadan olan qaçqınların qəbulu tamamilə dayandırılacaq. 2016-cı ildə ABŞ 85 min qaçqın qəbul edib, onların arasında 12,5 min suriyalı olub.
Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26