Interposta.Info

Trampın fərmanından sonra

Dünya
 1-02-2017, 07:39     653

 Trampın fərmanından sonra

ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinen bildirib.

“Fərmanın qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəmizə 1 mln. nəfər gəlib. Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq”, - deyə Makalinen bildirib.

Onun sözlərinə görə, ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən “Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib.

Makalinenin sözlərinə görə, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir. Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26