Interposta.Info

ABŞ ölkəyə gələn miqrantlar üçün yeni sərt qaydalar tətbiq etdi

Dünya
 6-10-2019, 19:20     10 329

Artıq tibbi sığortası və ya pulu olmayanlar ölkəyə buraxılmayacaq

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrantlar üçün yeni məhdudiyyətlərin tətbiq olunduğu akt imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, xarici vətəndaş ABŞ-a gəldikdən sonra 30 gün ərzində tibbi sığorta haqqında arayışlarını və ödəmə qabliyyətli olduğunu sübut edən sənədi müvafiq federal hakimiyyət strukturuna verməlidirlər.

Həmin aktın noyabrın 3-dən qüvvəyə minəcəyi bildirilir. Burada yalnız göstərilən vaxta qədər ABŞ-da olan əcnəbi vətəndaşlar istisna təşkil edir.

Bundan başqa ABŞ vizasına malik olanlar, valideynlərin müşayiəti olmadan səyahət edən yeniyetmələr, Birləşmiş Ştatlarda yaşamaq hüququnu əldə edənlər, ABŞ hökumətinə kömək edən İraq və Əfqanıstan vətəndaşları da yeni məhdudiyyətlərə daxil edilmirlər.

Buna rəğmən D.Trampın sərəncamı ABŞ vətəndaşlarının evli olduğu şəxslərə və onların valideynlərinə də şamil olunacaq.

Prezident sərəncamında göstərilən qaydaların amerikalı vergi ödəyicilərin maraqlarını qorumaq məqsədilə tətbiq olunduğu xüsusi vurğulanıb.

Sərəncamda iddia olunur ki, immiqrantların sıoğrta və ya maliyyə vəsaitləri olmadan müayinəsi, habelə müalicəsi sonradan vergi, tibbi rüsum şəklində yenidən amerikalılara geri qayıdır.

Verilən izahatda son 10 ildə səhiyyə üçün sonradan geri qaytarılmayan tibbi məsrəflərin ümumi miqdarının 35 milyard dollar olduğu göstərilib. Bununla hər bir xəstəxananın əlavə 7 milyon dollar xərcə düşməsinə, beləliklə onların iflasına gətirib çıxaracağı iddia olunur.

Bundan başqa sığortasız şəxslərin ehtiyac olmadığı halda təcili tibbi müdaxilə üçün müraciət etdiyi və bunun uzun növbələr yaratdığı aktda qeyd olunan səbəblər arasında bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26