Interposta.Info

ABŞ-dan S-400 açıqlaması: "Narahatıq və Ərdoğanın bizi anladığına əminik"

Dünya
 21-04-2020, 11:40     329

Bir vaxtlar Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan S-400 məsələsi Vaşinqtonda yenidən günəmə gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Türkiyənin S-400 raket komplekslərini almasına şiddətlə qarşı çıxdıqlarını və Ankaranın bu məsələdə geri addım atmamasına görə dərin narahatlıq hissi keçirdiklərini ifadə edib. Bildirib ki, bu ikili münasibətlərdə və NATO-da önəmli əngəl yaradır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyimizi anladığına əminik.

Qeyd edək ki, ötən gün Türkiyənin səlahiyyətli şəxslərindən biri Reuters-ə açıqlamasında S-400ləri aktiv etmək planında heç bir dəyişikliyin olmadığını bildirmişdi. Adı açıqlanmayan şəxs bu tədbirlərin sadəcə koronavirus pandemiyası səbəbindən təxirə salındığını qeyd etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26