Interposta.Info

Ərdoğanın açıqlamasını şərh etməyəcəyik -

Müxtəlif
 25-07-2017, 21:06     10 422

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400 raketdən müdafiə sistemlərinin satışı ilə əlaqədar Moskva və Ankara arasında imzalar atılması haqqında verdiyi açıqlamanı şərh etməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin “Sputnik” informasiya agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan S-400 raketdən müdafiə sistemlərinin satışı ilə bağlı ABŞ-ın narahatlığına, “Biz öz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün bu addımı atdıq. İllərdir ABŞ-la bu mövzuda razılığa gələ bilmirik, ona görə də axtarış etmək məcburiyyətində idik. NATO ölkəsi olan Yunanıstan S-300-lərdən istifadə edir. Bizim S-400-lər almağımızdan niyə narahat olurlar?”, - cavabını vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26