Interposta.Info

Braziliyada koronavirusa görə 1350 məhkum qaçdı

Dünya
 17-03-2020, 11:24     313

Braziliyada yeni tip koronavirusa qarşı alınan məhdudlaşdırıcı tədbirlər səbəbindən həbsxanalarda üsyanlar olub.

Ölkənin cənubunda yerləşən Sao Paulo əyalətinin Monqaqua, Tremembe, Mirandopolis ve Porto Feliz şəhərlərindəki həbsxanalarda koronavirusla mübarizə çərçivəsində ailə görüşləri və müvəqqəti buraxılışlar ləğv edilib. Bu səbəbdən məhkumlar yanğın çıxarıblar. Ümumilikdə 1350 məhkum həbsdən qaçıb. Qaçanlardan 41-nin saxlanıldığı deyilir, digərlərinin də axtarışları davam etdirilir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26