Interposta.Info

Əsəd ordusuna daha bir zərbə: strateji yola nəzarəti itirdi

Dünya
 27-02-2020, 10:06     394

Suriyada Türkiyənin dəstəklədiyi müxalif qüvvələr səhər saatlarında İdlibin Saraqib qəsəbəsini geri alıb.

Saraqib qəsəbəsinin geri alınması ilə M5 magistral yolu yenidən kəsilib.

Bölgədə atışmanın davam etdiyi bildirilir.

Qeyd edək ki, Rusiya və İran dəstəkli qüvvələr fevralın 6-da Saraqib qəsəbəsini ələ keçirmişdi. Ötən gün isə Sfuxen, Kafr-Musa, Fuleyfil, Kaykaba və Kafr-Uveyd qəsəbələrini ələ keçirən rejim qüvvələri Türkiyə ordusuna da zərbə endirmiş, nəticədə 2 türk əsgər şəhid olmuşdu.

Türkiyə ordusunun cavab zərbəsi ilə 114 əsgər və çoxsaylı zirehli texnikası məhv edilən Suriya ordusu geri çəkilməyə məcbur olub./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26