Interposta.Info

Türk ordusu Suriyanı vahiməyə saldı: “Hər tərəfdən vururlar!” (YENİLƏNİB)

Dünya
 20-02-2020, 16:30     449

Suriya İnsan Haqları Monitorinq Mərkəzi Türkiyə silahlı qüvvələrinin İdlib əyalətindəki Serakib və Hələb əyalətindəki Neyrab bölgələrində Əsəd rejiminin mövqelərini aramsız raket atəşinə tutduğunu bildirib.

Monitorinq mərkəzi Türkiyə Silahlı Qüvvələri ilə eyni vaxtda müxalif qrupların Latakiyaya da zərbələr endirməyə başladığını, rusların da istifadə etdikləri Xmeimim aviabazasına dronlar tərəfindən hücum edildiyini qeyd edib.

Bəşər Əsəd rejiminin mənbələri Türk təhlükəsizlik qüvvələrinin əməliyyatını təsdiqləyib. Əsəd rejiminə bağlı Suriya dövlət televiziya kanalı "Əl-İxbariya” da bu hücumu təsdiqləyərək bildirib:

"Türk qüvvələri hər tərəfdən vurur! Suriyanın hava hücumundan müdafiə sistemləri hədəflərə hücumları dəf edir”.

Əsəd rejiminin bombardmanı həyata keçirmək üçün istifadə etdiyi Hama bölgəsindəki hərbi bazanın yararsız hala salnıdığı və məhv edildiyi iddia edilir.

15.36

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarına reaktiv yaylım atəş sistemi vasitəsilə zərbə endirib. Sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

"CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26