Interposta.Info

Çində bütöv bir həbsxana koronavirusa yoluxdu

Dünya
 21-02-2020, 10:16     557

Çinin şərqində yerləşən Şandun əyalətindəki həbsxanalardan birində yeni növ koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Bu haqda yerli hakimiyyət orqanının mətbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, infeksiya 200 məhbus, 7 təhlükəsizlik işçisində aşkarlanıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, fevralın 20-də 2 mindən çox məhkumun, habelə Jençen həbsxanasının işçilərinin müayinəsi keçirilib. Hazırda virusa yoluxanların hamısı müalicə altındadır. Sanitariya xidmətləri və mütəxəssislər hadisə yerində işləyir, koronavirusun yayılmasının səbəbini müəyyənləşdirməyə çalışırlar. Göstərildiyi kimi, həbsxanada infeksiyaya yoluxan ilk xəstə bir mühafizəçi olub. Bu hadisədən sonra səlahiyyətlilər həbsxanada virusun daha da yayılmasının qarşısını almağa yönəlmiş sanitariya tədbirləri görüblər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26