Interposta.Info

Çində koronavirusa yoluxanların yarısı sağaldı - 46 faiz

Dünya
 28-02-2020, 09:30     369

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların 46 faizi sağalıb...


"İnterPosta"nın məlumatına görə xəbəri, “Report” Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, Çində 78 824 nəfər koronavirusa yoluxub ki, onlardan da 36 117 nəfəri müalicə olunub. Bu da xəstələrin ümumi sayının 45,8 faizini təşkil edir.

Qeyd olunub ki, hazırda xəstəxanalarda daha 39 919 nəfər müalicə alır.

Bildirilib ki, epidemiya başlayandan Hubey əyaləti istisna olmaqla, 12 910 yoluxma hadisəsi qeydə alınıb. Nəticədə 106 nəfər ölüb.

Ümumiyyətlə son zamanlar Çində epidemioloji vəziyyət normallaşıb. Belə ki, son sutkada ölkə üzrə 327 yeni yoluxma hadisəsi qeydə alınıb.

Hubey əyalətinin hüdudlarından kənarda isə yalnız doqquz ölüm halı qeydə alınıb. İlk dəfə olaraq gün ərzində xəstəxanadan çıxarılan xəstələrin sayı 3 000 həddini ötüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26