Virusa görə şəhəri 5 milyondan çox insan tərk edib

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.
Bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:
“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.
Təxminlərimizə görə, hal-hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”./bakuPost
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26