Interposta.Info

Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır

Dünya
 6-06-2020, 21:17     580

Dünyada koronavirusa yoluxanların sayı 6 milyon 900 mini ötüb.

APA-nın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Dünyada koronavirusa yoluxanların sayı 6 milyon 902 min 338-dir. Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə virusa bir milyon 971 min 54 nəfər yoluxub.

Sonrakı yerləri Braziliya (649514 nəfər), Rusiya (458689 nəfər),İspaniya (288058),Böyük Britaniya (284868), Hindistan (240932), İtaliya (234531), Peru (187 400), Almaniya (185 414) və iran (169425) tutur.

İndiyədək virusdan 399 286 nəfər həyatını itirib. 3 milyon 378 min nəfər virusdan sağalıb, 3 milyon 119 min insan isə hazırda müalicə alır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26