Interposta.Info

Putin iri məmurlara xarici vətəndaşlığı qadağan etdi - Ağır şərtlər

Dünya
 15-01-2020, 22:43     346

Rusiya Dövlət başçısı Vladimir Putin Rusiya Federasiyası Federal Məclisinə göndərdiyi məktubda konstitusiyada dəyişikliyə ehtiyac olduğunu bildirib.

"İnterPosta" xəbər verir ki, o, federasiya subyekti rəhbərlərinin, nazirlərin, müavinlərin və hakimlərin xarici vətəndaşlığına, başqa ölkələrdə yaşamaq üçün icazə sənədlərinə, xaricdə yaşamalarına imkan verən digər sənədlərə sahib olmalarına yasaq qoyulmasını istəyib.

Putin əlavə edib ki, prezidentliyə namizədlər Rusiyada 25 il yaşamalı və əvvəllər başqa vətəndaşlıqları da olmamalıdır. Beləliklə, ölkədə yüksək vəzifələrə namizədlərə qoyulan tələblərin sərtləşdiriləcəyi gözlənilir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26